Yol qəzasında


Digərləri 30 Sen 2022 23:18:00 147 0

Yol qəzasında

23:18

Ələtdə baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili "Mercedes Vito" markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

----------

20.57

Qəza ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edilib. Hadisə yerinə tibb briqadaları cəlb olunub.

Son.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir. Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verən qəza ilə əlaqədar 1 nəfər kişi hadisə yerində ölüb, 4 nəfər (biri kişi, üçü qadın olmaqla) Kliniki Tibbi Mərkəzə təxliyə edilir.

---------

20.52

Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində ölən və xəsarət alanlar var.