Nəvələrini kraliyyət titulundan məhrum etdi FOTO


Dünya 30 Sen 2022 20:04:00 78 0

Nəvələrini kraliyyət titulundan məhrum etdi  FOTO

Avropanın yeganə hökmdar kraliçası və qitədə ən uzun müddət hökmranlıq edən monarx - Danimarka kraliçası Marqret səkkiz nəvəsindən dördünü titullarından məhrum edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu addıma rəsmi səbəb kimi kral ailəsinin kiçik oğlu Şahzadə Yoahimin dörd uşağının normal həyat sürməsinə icazə vermək istəməsi göstərilib. Avropadakı digər kral ailələri də oxşar davranışlar sərgiləyirlər.

Kral sarayının bəyanatında bildirilir ki, 2023-cü il yanvarın 1-dən etibarən Şahzadə Yoahimin övladları yalnız Monpeza qrafı və qrafinyası titullarından istifadə edə biləcəklər, "Danimarka Şahzadəsi" titulları isə ləğv ediləcək.

Qeyd edək ki, 53 yaşlı Şahzadə Yoahimin iki nikahdan dörd övladı var: Nikolay, Feliks, Henrik və Afina.

Şahzadə Yoahimin iki böyük oğlunun anası Danimarka mətbuatına verdiyi açıqlamada bu qərardan şoka düşdüyünü deyib.