Paşinyan: "Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır"


Siyasət 30 Sen 2022 21:21:00 96 0

Paşinyan: "Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır"

"Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır".

Son.az "report"a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan televiziyaya müsahibəsində deyib.

"Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır", - Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, bu gün danışıqlar masasında heç bir sənəd yoxdur:

"Müəyyən bir mətnin olması arzuolunan olardı. Bu, o demək olardı ki, iş irəliləyib".