Yeni doğulan körpəni oğurladılar


Dünya 30 Sen 2022 21:27:00 102 0

Yeni doğulan körpəni oğurladılar

Hindistanın Odişa (Orissa) ştatının Bhubanesvar şəhərində xəstəxananın reanimasiya şöbəsindən bir qız uşağını oğurlayan cütlük polisə müraciət edib.

Son.az bildirir ki, bu barədə "India Today" məlumat yayıb.

Tilottama Bisval adlı qadın xəstəxanada iki qız uşağı dünyaya gətirib. Yenidoğulmuşlardan biri anası ilə birlikdə palatada olarkən, digəri qızın vəziyyəti ağır olduğundan xəstəxananın doğuş-ginekologiya şöbəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Uşaq daha sonra şöbədən yoxa çıxıb. Ananın əri Tapan Kumar Cena xəstəxana işçilərinin qızını oğurladığını irəli sürərək xəstəxana rəhbərliyinə şikayət edib.