Ad günü mərasimində bədbəxt hadisə 7 qadın... VİDEO


Dünya 30 Sen 2022 19:56:00 106 0

Ad günü mərasimində bədbəxt hadisə  7 qadın...  VİDEO

Braziliyada 7 qadın ad günü şənliyində şən rəqs zamanı yerin altına yıxılıb.

Son.az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hadisə şənbə günü, sentyabrın 24-də baş verib. Hadisə şahidinin çəkdiyi kadrlarda qadınların əllərini bir-birinin çiyinlərində tutaraq kiçik bir dairə quraraq musiqi sədaları altında tullandıqları görünüb. Bir müddət sonra onların ayaqları altında döşəmə çöküb.

Ziyafətdə olan kişilər dərhal zərərçəkənlərin köməyinə gəliblər. Çuxura düşənlərin heç biri ciddi xəsarət almayıb. Onlar paltarlarını dəyişərək şənliyə davam ediblər.