Prezident: Enerji təhlükəsizliyi məsələlərinin indiki şəraitdə əhəmiyyəti daha da artıb


Siyasət 30 Sen 2022 18:46:00 126 0

Prezident: Enerji təhlükəsizliyi məsələlərinin indiki şəraitdə əhəmiyyəti daha da artıb

Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

Dövlət başçısı qeyd edib: "Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir".