Prezident: Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir


Siyasət 30 Sen 2022 18:50:00 108 0

Prezident: Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir

Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

"Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir", - dövlət başçısı qeyd edib.