Qazaxda kütləvi dava Xəsarət alanlar var


Kriminal 30 Sen 2022 08:59:00 90 0

Qazaxda kütləvi dava  Xəsarət alanlar var

Qazaxda kütləvi dava olub, xəsarət alanlar var.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

2000-ci il təvəllüldü Abdula Abdulayev bıçaqlanma diaqnozu, İlqar Abdulayev, 1969-cu il təvəllüdlü Məmməd Qocayev və onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev isə müxtəlif bədən xəsarəti (döyülmə) ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər dava zamanı xəsarət alıblar.