İki qonşunun toyda mübahisəsi bıçaqlanma ilə nəticələnib


Kriminal 28 Sen 2022 21:45:00 120 0

İki qonşunun toyda mübahisəsi bıçaqlanma ilə nəticələnib

Ucar sakini qonşusunu bıçaqlayıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində baş verib.

Kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Maarif Həmid oğlu Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəhim oğlu Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.