Azərbaycanın Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb


Siyasət 28 Sen 2022 11:26:00 137 0

Azərbaycanın Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

MN-dən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.