İnanırıq ki, Ermənistan sağlam qərar verərək sülhə gələcək


Siyasət 28 Sen 2022 10:45:00 96 0

İnanırıq ki, Ermənistan sağlam qərar verərək sülhə gələcək

Azərbaycan və Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Bütün bunun günahkarı təbii ki, kənardan olan manipulyasiyalara uyan Ermənistandır. İnanırıq ki, Ermənistan sonunda sağlam qərar verə biləcək və sülhə gələcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avrasiya Araşdırma Mərkəzinin (AVİM) direktoru türkiyəli diplomat Alev Kılıç sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində "Azərbaycanda beyin mərkəzləri və onların qarşısında duran məsələlər" mövzusunda panel müzakirələrdə deyib.

A.Kılıç bildirib ki, Cənubi Qafqaz əlverişli coğrafi mövqedə yerləşir və biz də bu regionun bir parçasıyıq. Sülh və davamlı inkişaf naminə səylərimizi birləşdirməli və yol xəritəmizi müəyyənləşdirməliyik.

O konfransın işinə uğurlar arzulayıb.

Son.az