“Görün insanlar nə deyir?"


Siyasət 27 Sen 2022 23:02:00 120 0

“Görün insanlar nə deyir?"

İranın sabiq prezidenti Mahmud Əhmədinejad çıxış edib.

M.Əhmədinejad qeyd edib ki, bütün insanlardan soruşun ki, hökuməti sizi məhdudlaşdırmaq, yoxsa azadlığınızı təmin etmək üçün seçmisiniz?:

"Görün insanlar nə deyir?

Dünyanın heç bir yerində səs verənlərin beynində bircə fikir yoxdur ki, bu adam gəlib bizi məhdudlaşdıracaq!

Elə bu gün İran xalqından soruşun- hicab yaxşıdır yoxsa pisdir? Əksəriyyəti deyəcək ki, hicab yaxşıdır, iranlılar neçə min ildir hicablıdır.

2-ci sualı verin ki, siz məcburi hicabla razısınızmı? 95%-i yox cavabı verəcək.

Hətta namazı da məcbur etsən, insanların ruhuna əzab vermiş olar".