Qazaxıstana gedən rusiyalılara sərhəddə çağırış


Siyasət 27 Sen 2022 22:59:00 106 0

Qazaxıstana gedən rusiyalılara sərhəddə çağırış

Qazaxıstana gedən bir sıra Rusiya vətəndaşları birbaşa Rusiya-Qazaxıstan sərhədində çağırış vərəqələri almağa başlayıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, artıq sərhəd nəzarəti əməkdaşlarının əlində hərbi xidmətə çağırılan şəxslərin siyahıları var.

"Siyahıdakı şəxs sərhədə gələrsə, o, yaxınlıqdakı hərbi komissarlığın çağırış vərəqəsini verən əməkdaşı əraziyə gələnə qədər saxlanılır", - Çelyabinsk vilayəti hökumətinin mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl, Gürcüstana getmək istəyən rusiyalılara da sərhəddə çağırış vərəqələrinin verilməsinə başlanılıb.