BMT Cənubi Qafqazda sülhün əldə olunmasına sadiqdir


Siyasət 27 Sen 2022 15:44:00 89 0

BMT Cənubi Qafqazda sülhün əldə olunmasına sadiqdir

BMT əvvəlki kimi Cənubi Qafqazda sülhün və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması işinə sadiqdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

"Sentyabrın 27-də biz Ermənistanla Azərbaycan arasında münaqişədə həlak olanları yad edirik, həlak olanların yaxınlarına dərin hüznümüzü bildiririk. BMT əvvəlki kimi Cənubi Qafqazda sülhün və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması işinə sadiqdir", - BMT-nin İkinci Qarabağ müharibəsinin başlanmasının ikinci ildönümü ilə əlaqədar bəyanatında deyilir.