Son üç həftədə xaricdə 40dan çox aksiya və yürüşlərimiz keçirilib


Siyasət 27 Sen 2022 11:51:00 111 0

Son üç həftədə xaricdə 40dan çox aksiya və yürüşlərimiz keçirilib

Son 3 həftədə 40-dan çox müxtəlif aksiya və yürüşlərimiz keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları çalışır ki, erməni vəhşiliklərini bütün dünya görsün.

"Bu vəhşilikləri, qanunsuz hərəkətləri erməni icması həyata keçirir. Bütün dünya da, akreditə olunmuş səfirliklər də bunu görərək qiymət verir.

Parisdə UNESCO-nun qarşısında Azərbaycanıntarixi abidələrinin dağıdılması, mədəni irsimizin məhvi ilə əlaqədar 3 gün dinc aksiya keçirildi. Heç bir erməni təşkilatı cürət edib, söz deyə bilmədi.

Azərbaycan diasporu hadisələrə çox çevik reaksiya verir. Heç bir ölkədə Azərbaycan diasporu qeyri-qanuni fəaliyyətlə məşğul deyil. Erməni diasporu isə bəzi ölkələrdə qanunsuz addımlara yol verir. Mənə elə gəlir ki, həmin dövlətlər buna ciddi reaksiya verməlidir", - deyə komitə sədri bildirib.

Son.az