YPG liderlərindən biri


Dünya 27 Sen 2022 07:35:00 184 0

YPG  liderlərindən biri

Türkiyə xüsusi xidmət orqanları Suriyanın şimalında Ayn İsa bölgəsində YPG terrorçularının (PKK-nın Suriya qanadı) liderlərindən biri Mehmet Akyolu məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, terrorçu Mehmet Akyol Türkiyədə terror aktlarında iştirak etdiyinə görə Türkiyə tərəfindən beynəlxalq axtarışda olub.

Mehmet Akyol PKK-ya qoşulmazdan əvvəl İraqın şimalında terrorçuların liderlərindən biri Cəmil Bayıkın iştirakı ilə "siyasi və ideoloji təlim" keçib.

O, PKK-nın Türkiyə Silahlı Qüvvələrinin bölgədəki hərbi əməliyyatlarının qarşısını almaq məqsədi daşıyan aksiyalarında da fəal iştirak edib.