Dillərə dastan olan filmin qəhrəmanları illər sonra bir arada Türkan Şoray və ... FOTO


Şou-biznes 27 Sen 2022 03:22:00 182 0

Dillərə dastan olan filmin qəhrəmanları illər sonra bir arada  Türkan Şoray və ...  FOTO

Milyonlarla insanın sevə-sevə izlədiyi "Selvi boylum, Al yazmalım" filmində birlikdə rol almış Türkan Şorayla Əhməd Məkin illər sonra Kitab Günləri festivalı çərçivəsində yenidən bir araya gəliblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, Asya və Cəmşid sevgisinə həyat verən, "sevgi əməkdir" sözləri ilə insanlara həyat dərsi verən bu iki ustad sənətkar festivala fəxri qonaq kimi dəvət alıblar.

Onlar birlikdə festivalın açılışını edib, qırmızı lenti kəsiblər. Türkan Şoray festival iştirakçıları qarşısında çıxış edərək "Kitab hər zaman həyatımın bir parçası olub, onlarla dostluq etmişəm, bu dostluğumuz davam edəcək. Kaş vaxtım ola bir həftə sizinlə birlikdə ola biləm" deyib.