Pərəstişkarını polisə verdi


Şou-biznes 27 Sen 2022 02:44:00 159 0

Pərəstişkarını polisə verdi

Məşhur müğənni Sibel Canın evinə gələrək hədiyyələr qoyan obsesif (Obsesif kompulsif pozğunluğu xəstəliyi - red) pərəstişkarı narahatlığa səbəb olub.

Son.az olay-a istinadən xəbər verir ki, sonuncu dəfə ifaçının evinə paltar və qırmızı şam göndərən şübhəli şəxs israrla hədiyyələri müğənninin özünə şəxsən təslim etmək istədiyini vurğulayıb.

Yaranan gərginlik qarşısında Canın sürücüsü həmin şəxsi polisə şikayət edib.

Polis tərəfindən nəzarətə götürülən fanat sadəcə Sibel Cana heyran olduğunu və hədiyyələri də bu səbəbdən göndərdiyini, heç bir pis niyyətinin olmadığını vurğulayıb.

Sənətçi isə haqqında istintaq başladılan pərəstişkarından şikayətçi olmadığını bildirib.