"7 günlük nağıllara bənzər istirahət başa çatdı" VİDEO FOTO


Şou-biznes 27 Sen 2022 01:22:00 109 0

"7 günlük nağıllara bənzər istirahət başa çatdı"  VİDEO  FOTO

Əməkdar artist Nigar Şabanovanın Şri-Lankaya bir həftəlik tətil səfəri sona çatıb.

Son.az bizim media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.

Dəniz sahilində, möhtəşəm təbiət qoynunda istirahətin dadını çıxaran Nigar qaldığı beş ulduzlu lüks oteli tərk edərkən,  qapıdan çıxanda personal onun arxasınca su səpərək xüsusi ain oxuyub və yola salıb.

Həmin anların görüntülərini izləyiciləri ilə bölüşən Əməkdar artist bu sözləri yazıb. "Şri-Lankada adəti ilə qonaq bu cür yola salınır. Yeddi günün nağıllara bənzər istirahəti başa çatdı", - deyə Nigar Şabanova qeyd edib.