NATO və Aİ təhlükəsizliklə bağlı birgə bəyanat hazırlayır


Dünya 26 Sen 2022 23:10:00 125 0

NATO və Aİ təhlükəsizliklə bağlı birgə bəyanat hazırlayır

NATO və Avropa İttifaqı (Aİ) təhlükəsizlik sahəsində əməkdaşlığı vurğulayacaq yeni birgə bəyanat yaymağı hədəfləyir.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq və Aİ Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə Aİ Komissiyasının binasında görüşüblər.

Görüşdən sonra sosial mediada birgə bəyanat verilib.

Açıqlamaya görə, görüş zamanı Rusiya-Ukrayna müharibəsi və Ukraynaya dəstəyin artırılması müzakirə edilib.

"NATO-Avropa İttifaqı əməkdaşlığı təhlükəsizlik və sabitliyə töhfə verir. Bu səbəbdən biz tərəfdaşlığımızı irəli aparacaq yeni birgə bəyanatla razılaşmağın vaxtının yetişdiyinə inanırıq", - bəyanatda deyilir.