Bir gündə 2,4 min maşın Rusiyadan Finlandiyaya getdi


Dünya 26 Sen 2022 20:04:00 146 0

Bir gündə 2,4 min maşın Rusiyadan Finlandiyaya getdi

Rusiya-Finlandiya sərhədindən Vıborq istiqamətində keçən nəqliyyat vasitələrinin sayı sutkada 700-dən çox artıb.

Son.az xəbər verir ki, bu barədə axar.az Rusiya Federal Gömrük Xidmətinin (FCS) məlumatlarına istinadən xəbər verir.

Federal Gömrük Xidmətinin məlumatına görə, sentyabrın 25-nə 2,4 min avtomobil Torfyanovka, Brusniçnoye və Svetoqorsk keçid məntəqələri vasitəsilə Rusiyadan Finlandiyaya gedib.

Bundan əvvəl Finlandiyanın yaxın günlərdə rusiyalı turistlərin ölkəyə girişini məhdudlaşdıracağı bildirilirdi.