"Onları həyatımdan sildim" FOTOlar


Şou-biznes 26 Sen 2022 20:12:00 123 0

"Onları həyatımdan sildim"  FOTOlar

"İl keçdikcə, yaş üstünə yaş gəldikcə, insan daha kamilləşir, ətrafını yaxından tanıyır. Köhnə yaşımdakı bəzi dostlarımı yeni yaşıma daşımadım. Onların həyatımdan sildim. Həyatımda elə bir uğursuzluq, bədbinlik olmadı".

Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Aytəkin Mərdanova deyib. Ad günü olan aparıcı özəl gününü keçirməyəcəyinin səbəbini açıqlayıb:

"İki ildir ad günü qeyd etmirəm. İkinci Qarabağ müharibəsinin başlandığı gün - Anım günü olduğu üçün keçirmirəm. Bundan sonra da 27 sentyabrı ad günüm kimi qeyd etməyəcəm. Tarixi dəyişib, başqa gün dostlarımı ətrafıma yığacam. Arzulayıram ki, sevdiklərim hər zaman yanımda olsun. İndiki kimi ailəmlə xoşbəxt olum. Realist insanam, geriyə yox, irəliyə baxan biriyəm. Ona görə də heç vaxt ad günümdə kövrəlmirəm".

İşlərindən danışan Aytəkin "Yeni mövsümdə də verilişlərimlə tamaşaçıların qarşısına çıxacağam. Əyləncəli, musiqili proqramlarım olacaq. İnanıram ki, ötən mövsümlərdə sevildiyi kimi yenə də tamaşaçıların zövqünü oxşayacam" sözlərini əlavə edib.