Putin ona vətəndaşlıq verdi


Dünya 26 Sen 2022 21:45:00 142 0

Putin ona vətəndaşlıq verdi

Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, 2013-cü ildə sızdırıdığı sənədlərlə ABŞ-ın Britaniya kəşfiyyatı ilə bütün dünyada telefon dinləmələri apardığını ortaya qoyan Snouden həmin ildən Rusiyada daimi yaşayış icazəsi ilə yaşayır.