Əvəz Zeynallı ev dustaqlığına


Digərləri 26 Sen 2022 16:18:00 120 0

Əvəz Zeynallı ev dustaqlığına

Bakı Apellyasiya Məhkəməsində Xural İnternet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarından verilən şikayətə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılsa da təmin edilməyib və Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Əvəz Zeynallı "Baku Steel Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovdan 20 min manat rüşvət almaqda təqsirləndirilərək barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Ə. Zeynallı barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə Binəqədi rayon məhkəməsinə müraciət etsə də, məhkəmə cəsarəti təmin etməmişsi. Qərardan narazı qalan jurnalist qərardan apellyasiya şikayəti vermişdi.