Məmmədovlar ailəsinin sosial yardımı dayandırılıb VİDEO


Digərləri 26 Sen 2022 15:08:00 114 0

Məmmədovlar ailəsinin sosial yardımı dayandırılıb  VİDEO

Tovuzun Əyyublu kəndində yaşayan aztəminatlı Məmmədovlar ailəsinin sosial yardımı dayandırılıb.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Məmmədovlar ailəsi 2016-cı ildə ünvanlı dövlət sosial yardım üçün aidiyyəti üzrə elektrok qaydada müraciət edib.

Ailə cəmi bir il yardımdan faydalana bilib.

Daha sonra yardım dayandırılıb. Ailə başçısı Nizaməddin Məmmədov qeyd edib ki, səbəb kimi müvafiq elektron sistemdə adında nəqliyyat vasitəsinin aşkarlanması göstərilib.

Nizaməddin Məmmədovun sözlərinə görə, araşdırmalarından sonra məlum olub ki, sistemdə ona aid olduğu göstərilən avtomobil əslində eyni adlı həmkənlisinə məxsusdur.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, Nizaməddin Məmmədov mülkiyyətində nəqliyyat vasitəsinin olmaması haqqında arayışı qurumun yerli qəbul şöbəsinə təqdim edib. Bundan sonra yenidən elektron müraciət olunub və 15  iş günü ərzində müvafiq qərar qəbul olunaraq vətəndaşın nömrəsinə göndəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: