AZAL MoskvaBakı biletlərinin maksimal dəyərini açıqladı


Digərləri 26 Sen 2022 15:56:00 136 0

AZAL MoskvaBakı biletlərinin maksimal dəyərini açıqladı

AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb.

Bu barədə AZAL-dan bildirilib.

"Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq bildiririk ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri: ⠀ - ekonom sinif - 409 avro; - biznes sinif - 769 avro; - "VIP Club" tarifi - 869 avro. ⠀ AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın "Aeroflot", "Rossiya", "Utair", "Azimuth" və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır. ⠀ Qeyd edək ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır", məlumatda deyilir.