Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında razılıq əldə olunar Çavuşoğlu


Siyasət 26 Sen 2022 13:17:00 114 0

Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında razılıq əldə olunar  Çavuşoğlu

Şərq-Qərb dəhlizinin əhəmiyyəti artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

Nazir bildirib ki, Azərbaycan və Gürcüstan da dəhlizin keçdiyi regiondadır, Ermənistan da sülhə razılıq versə, prosesə daxil ola bilər:

"Ümid edirəm ki, Ermənistan ilə Azərbaycan arasında razılıq əldə olunar və Ermənistan da prosesə daxil olar. Türk dövlətləri olaraq inteqrasiyamızı dərinləşdirmək üçün Türk Dövlətləri Təşkilatını qurduq və bu təşkilat heç bir qurumla rəqabət aparmır. Biz özümüzə güvənirik", - deyə M.Çavuşoğlu əlavə edib.