Ukrayna cənub istiqamətində ağır itkilər verdi


Dünya 26 Sen 2022 12:49:00 124 0

Ukrayna cənub istiqamətində ağır itkilər verdi

Ukrayna Silahlı Qüvvələrinin komandanlıq xətaları və sursat çatışmazlığı səbəbindən cənub istiqamətində ağır itkilər verdik.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbçiləri "Nyu York Tayms" qəzetinə müsahibəsində deyiblər.

"Əsgərlər və komandirlər döyüş meydanındakı itkiləri əhəmiyyətli və genişmiqyaslı adlandırıblar", - materialda deyilir.

Əsgərlərdən birinin sözlərinə görə, problem Ukrayna Silahlı Qüvvələrinin artilleriya hazırlığı olmadan hücuma keçməyə çalışmasıdır. Digər əsgər isə jurnalistlərə etiraf edib ki, Ukrayna ordusunda sursat yoxdur.