Sibel Can fanatı ilə polislik oldu


Şou-biznes 25 Sen 2022 23:47:00 122 0

Sibel Can fanatı ilə polislik oldu

Gizli fanatının tez-tez qapısına gəlib hədiyyə qoyması müğənni Sibel canı özündən çıxarıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hadisə fevralda Canın İstanbul Beykozda yerləşən villasında baş verib. Sənətçinin heyranı olan H.A. yanında gətirdiyi bir çox hədiyyələri ona təslim etmək istəyib. Təkid etdikdən sonra Sibelin sürücüsü onu polisə şikayət edib.

Polis nəzarətinə alınan şəxs ifadəsində şam, bir ədə geyim və bayrağını ona vermək istədiyini söyləyib. Məqsədinin cinsi təcavüz olmadığını deyən şəxs, bunla bağlı iddiaları rədd edib.

Uzun müddətdir davam edən araşdırma başa çatıb. Hakim Sibel Canın ifadəsini alıb. İfaçı isə pərəstişkarından şikayətçi olmadığını deyib.