Onlayn lotereya bəhanəsiylə 100ə yaxın şəxsi aldan qadın saxlanıldı


Kriminal 25 Sen 2022 15:46:00 110 0

Onlayn lotereya bəhanəsiylə 100ə yaxın şəxsi aldan qadın saxlanıldı

Polis əməkdaşları tərəfindən sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev xəbər verib

Qurum rəsmisi bildirib ki, Qasımova Vüsalə Rizvan qızı məsuliyyətə cəlb edilib. O, onlayn lotereya oynamaq adı ilə 100-ə yaxın şəxsi aldadaraq 200 manatlarını ələ keçirib.

Araşdırmalar davam etdirilir.