Plastik əməliyyat zamanı dünyasını dəyişdi,


Kriminal 24 Sen 2022 17:30:00 112 0

Plastik əməliyyat zamanı dünyasını dəyişdi,

Son.az Kulis.az-a istinadən müğənni Reyhan Müslümova haqqında maraqlı faktları təqdim edir.

Reyhan Müslümova 1949-cu ildə Qubada anadan olub. Valideynləri həkim olduğundan qızlarını da həmin sahəyə yönləndirmək istəsələr də, Reyhan xanım sonunda müğənni olmağa qərar verib.

***

O, müğənnilik karyerasında ilk addımlarını "Lalə" qızlar ansamblında atıb. Kəmalə Rəhimli, Nəzakət Məmmədova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Yaqut Babayeva ilə birgə səhnəyə qədəm qoyan müğənni uzun illər həmkarı Yaqut Babayeva ilə uzun illər küsülü olub.

Dövrünün ən yaxşı bəstəkarları ilə işləyən müğənni 18 yaşındaykən Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmində Cahandar ağanın qızı Salatın rolunu canlandırıb.

***

Aktrisa Zemfira Sadıqova filmin çəkilişləri barədə maraqlı fikirlər səsləndirərək bunları deyib: "Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik. Bir gün ikimiz birlikdə yemək yeyəndə qulağımız eşidə-eşidə Leyla Bədirbəyli dedi ki, bunları hardan tapıb gətiriblər. Nə istedadları, nə də gözəllikləri var. Sonra da məlum səhnədə Leyla Bədirbəyli məni elə bərkdən şillələdi ki, yerimdə səntirlədim. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə bilərdi".

Lakin Reyhan xanımın kürəkəni qeyd edir ki, Leyla Bədirbəyli çəkiliş zamanı o sözləri deməyib, münasibətləri o qədər yaxşı olub ki, Reyhan Müslümova Leyla Bədirbəyliyə hörmət əlaməti olaraq qızının adını Leyla qoyub.

***

Müğənni Xəyyam Nisanovun atası Reyhan Müslümova ilə yaxın dost olublar. Xəyyamın 11 yaşı olanda valideynləri avtomobil qəzasına düşürlər. Bu qəzada Xəyyamın atası dünyasını dəyişib. Bir müddət nağara aləti üzrə təhsil alan Xəyyam Reyhan xanımla tanış olur. Onun özünün sözlərinə görə muğənnilik karyerasında başlamasında Reyhan Müslümovanın ona həm müəllim, həm də insan kimi çox köməyi dəyib.

***

Reyhan Müslümova müğənni Murad Sadıqın bacısının qayınanası olub. Reyhan xanımın yaxın qohumlarından bir oğlu, bir qızı, iki doğma qardaşı və iki doğma bacısı vardır.

Çoxları elə bilir ki, Reyhan xanım əməliyyat zamanı komaya düşüb. Lakin, ailə üzvlərinin kulis.aza verdiyi məlumata görə həkim müğənninin mədəaltı vəzini deşdiyi üçün qanaxma olub və ölüm də bu səbəbdən baş verib. Ən gülməlisi, xəstəxanadan verilən ölüm kağızında Reyhan Müslamovanın guya yanıq xəsarətlərindən öldüyü qeyd olunub. Beləliklə artıq çəkidən azad olmaq istəyən müğənni 2002-ci ildə Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən zaman 53 yaşında həyatını itirir.