“Buna görə təqaüdümü kəsmişdilər” “Əhməd haradadır?” filminin uzundraz Oqtayı...


Şou-biznes 23 Sen 2022 05:34:00 90 0

“Buna görə təqaüdümü kəsmişdilər”  “Əhməd haradadır?” filminin uzundraz Oqtayı...

"Artıq yaşlanmışam, heç yerə gedib-gəlmirəm. Tez-tez jurnalistlər zəng edib, müsahibə istəyirlər. Vallah, indi o vaxt olduğu kimi həvəsli deyiləm. Yaş da axı öz sözünü deyir, az yaşım yoxdur. Tez-tez müalicəyə gedib-gəlirəm, səhhətim sözümə qulaq asmır. Evdə oturub televizor izləyirəm, kitab oxuyuram, günümü nəvələrimlə keçirməyi sevirəm. İndi elə yaşımdır ki, çayı da üfürə-üfürə içirəm. 25-30 ildir ki, sənətdən uzaqlaşmışam, təqaüddəyəm."

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında "Əhməd haradadır?" filminin "Uzundraz Oqtayı", aktyor-rejissor Novruz Axundov deyib. Sənətkar daha sonra əlavə edib.

"Sənət həyatımda Adil İsgəndərovun böyük rolu olub. Bu gün də ona rəhmət oxuyuram. Yadımdadır, tələbə idim, ona yaxınlaşıb dedim ki, məni də özünüzlə kinostudiyaya aparın. Universiteti bitirəndə təyinatımı Naxçıvana vermişdilər. Adil müəllimin köməyi ilə təyinatımı kinostudiyaya aldım. Daha sonra kinostudiyada dublyaja yiyələndim. Bu sənəti də mənə Ədil İsgəndərov sevdirmişdi. Hətta məni buna görə Moskvaya da göndərəcəkdi, amma getməyimiz alınmadı. Gənc yaşlarımda teatrda da fəaliyyət göstərmişəm. Kino və teatr sənətini müqayisə etsək teatr daha çətindir. Kinoda sənə maneə olan bəzi nüanslar var. Fikrin ya orda qalır, ya burada. Tam sərbəst ola bilmirsən, həm obrazının sözlərini əzbərləməlisən, həm də oynamalısan" deyə sənətkar bildirib.

Novruz Axundov daha sonra "Uzundraz Oqtay" obrazından danışıb.

"Əhməd haradadır?" filmi mənim ilk çəkildiyim ekran işidir. Ona görə də bu filmi, obrazımı çox sevirəm. Filmə xanım aktrisa tapmaq üçün çox əziyyət çəkdilər. Daha sonra tapdılar. Söhbət Leyla rolunun ifaçısı Töhfə Əzimovadan gedir. Məni operator bu rola təsdiqlədi. Amma Ədil müəllim təkid edirdi ki, başqalarını da yoxlasın! Filmə çəkiləndə gülüş dolu anlar da yaşanırdı. Orada bir yer var. Biz bir-birimizi təqdim edirik. "Uzundraz Oqtay, Saqqal Ramiz" və s. Bu yeri ssenaridə yazılmamışdı, improvizə idi. Ekran işində film boyu gözümdə eynək var. Gözlərim zəif deyildi, bu sadəcə obrazı daha inandırıcı oynamaq üçün istifadə olunurdu. Hətta o vaxt filmə çəkildiyimə görə tələbə təqaüdümü kəsmişdilər. Bundan başqa "İstintaq davam edir" filmində də Oqtay obrazını canlandırmışam" deyə sənətkar bildirib.

Niyə saçlar payızda tökülür? like
  • 23 Sen 04:48  
Digərləri Niyə saçlar payızda tökülür?

Saç insanın ən təbii aksesuarıdır deyirlər. Ancaq yaş artdıqca bu bəz

arrow Ətraflı
Sosial şəbəkə hesablarımızı necə qoruyaq? like
  • 23 Sen 04:13  
Digərləri Sosial şəbəkə hesablarımızı necə qoruyaq?

Sosial şəbəkə hesablarının kiberdələduzlar tərəfindən oğurlanması h

arrow Ətraflı
Prinsiplərinə görə yaşayan BÜRCLƏR like
  • 23 Sen 01:24  
Digərləri Prinsiplərinə görə yaşayan BÜRCLƏR

Bəziləri qürurlu təbiəti ilə digərlərindən seçilir. Onlar öz prinsipl

arrow Ətraflı
Pərəstişkarı səhnəyə atılaraq Bülent Ersoyu dodağından öpdü like
  • 23 Sen 00:54  
Şou-biznes Pərəstişkarı səhnəyə atılaraq Bülent Ersoyu dodağından öpdü

Türk sənət musiqisinin canlı əfsanəsi və divası Bülent Ersoyun arxivi g

arrow Ətraflı
Cavanşir Quliyevə like
  • 23 Sen 00:51  
Digərləri Cavanşir Quliyevə

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyevə ağır it

arrow Ətraflı
13 milyon oğurlayıb Azərbaycana qaçdı like
  • 23 Sen 00:42  
Digərləri 13 milyon oğurlayıb Azərbaycana qaçdı

Türkiyədə oğurluq edən şəxs ölkəni tərk edib.

arrow Ətraflı
İlk dəfə qayınanası ilə aralarındakı problemdən danışdı like
  • 23 Sen 00:27  
Şou-biznes İlk dəfə qayınanası ilə aralarındakı problemdən danışdı

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin

arrow Ətraflı
Narkotiki bankalara yığıb evində gizlətdi like
  • 23 Sen 00:21  
Digərləri Narkotiki bankalara yığıb evində gizlətdi

Göyçayda narkotik kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan

arrow Ətraflı
Aynişan ƏSƏBİLƏŞDİ: "Məni ayağa qaldırmayın" like
  • 23 Sen 00:14  
Şou-biznes Aynişan ƏSƏBİLƏŞDİ: "Məni ayağa qaldırmayın"

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva paylaş

arrow Ətraflı
Günün qoroskopu: Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin like
  • 23 Sen 00:01  
Digərləri Günün qoroskopu: Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İslamda ananın yüksək məqamı like
  • 22 Sen 23:55  
Digərləri İslamda ananın yüksək məqamı

Allah-taala valideynə və xüsusilə də analara hörmət edilməsini zəruri

arrow Ətraflı
Peyğəmbərin “izdivac” sünnəsini tərk etməyin like
  • 22 Sen 23:50  
Digərləri Peyğəmbərin “izdivac” sünnəsini tərk etməyin

İzdivacı tərk etmək Peyğəmbərin (s) sünnəsindən kənara çıxmaqdır.

arrow Ətraflı
Kimlərdə mədə xorası əmələ gəlir like
  • 22 Sen 23:45  
Digərləri Kimlərdə mədə xorası əmələ gəlir

Stress, qorxu, helikobakteri bakteriyası, qeyri-düzgün qidalanma və çox miq

arrow Ətraflı
32 mindən çox ukraynalı like
  • 22 Sen 23:42  
Siyasət 32 mindən çox ukraynalı

Ukraynada müharibə başladıqdan sonra 32 mindən çox ukraynalı Gürcüstana

arrow Ətraflı
Peyğəmbərimizin qardaşları kimlərdir? like
  • 22 Sen 23:40  
Digərləri Peyğəmbərimizin qardaşları kimlərdir?

Səhabələr Peyğəmbərin (s) xidmətində olanda, o Həzrətdən (s) soruşur

arrow Ətraflı