Peyğəmbərin “izdivac” sünnəsini tərk etməyin


Digərləri 22 Sen 2022 23:50:00 126 0

Peyğəmbərin “izdivac” sünnəsini tərk etməyin

İzdivacı tərk etmək Peyğəmbərin (s) sünnəsindən kənara çıxmaqdır. İzdivac həyatın zəruri məsələlərindəndir. Ər və arvad bir-birinin tamamlayıcısıdır.

Allah-Taala kişini qadının məhəbbət, səfa-səmimiyyət və mehribançılığına və qadını da kişinin qüdrət, şücaət, mətanət və vəfasına möhtac yaratmışdır.

Ona görə də, bu iki varlığın birgə yaşaması, ünsiyyətdə və təmasda olması onların bu ehtiyacını ödəyir, cisim və canlarının rahatlıq və sakitliyinə səbəb olur.

İslam dini evlənməyi müqəddəs bir iş sayır, onu Allah-Taalanın qüdrət nişanəsi və Peyğəmbərin (s) sünnəsi bilir.

İmam Rza (ə) ərə getmək istəməyən və bunu özünə fəzilət bilən bir qadına buyurmuşdur: "Əgər bu işdə bir fəzilət və üstünlük olsaydı, Fatimə (s) - Peyğəmbərin (s) qızı - bu fəziləti əldə etməyə daha layiq idi, bir halda ki, heç kəs fəzilətlərdə ondan üstün olmayıb və olmayacaqdır." ("Vəsailuş-şiə", Hürr Amuli, 14/117.)

İslam dini evlənməyə təkid edib və bu işi yoxsulluğun qorxusundan tərk etməyi Allah-Taalaya bədgümanlıq adlandırıb. ("Nur" surəsinin 32-ci ayəsində buyurulur: "(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin.

Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!")

Bu işin o qədər əhəmiyyəti var ki, Allahın Rəsulu (s) evlənənləri ümmətin ən yaxşısı hesab edir və bu işdən boyun qaçıranları öz ümmətindən hesab etmir. ("Əl-kafi", Şeyx Kuleyni, 5/327, hədis 1-7.)

Qeyd etmək lazımdır ki, bu sünnə təkcə birinci dəfə evlənənlər üçün deyil, həm də müxtəlif səbəblərdən dul qalmış kişi və qadınlara da aiddir. Bu ilahi hökmə tabe olmaq hər bir ərsiz və arvadsız müsəlmana vacibdir.

Bu yerdə bizə ünvanlanmış bir məktubdan bəzi məqamları sizin diqqətinizə çatdırırıq:

* "...Gənc gəlinəm. Ərim bir neçə il qabaq yol qəzasında dünyasını dəyişibdir. Onun vəfatından sonra yenidən ərə getmək fikrini, uşaqlarımı tərbiyə etmək məqsədilə başımdan silib atmışdım. Lakin bu yaxınlarda mömin və əxlaqlı bir gənc elçiliyimə gəlmişdi.

Məndən mənfi cavab eşidib bunun səbəbinin uşaqlarımın olduğunu bildikdə, dedi ki, mən onları övladlığa götürməyə, Allah rizasına böyüdüb təlim-tərbiyə verməyə hazıram.

İndi mən o gənclə yeni ailə həyatı qurmağa bir o qədər də narazı deyiləm, amma burada başqa bir problem vardır ki, bilmirəm, onun həllini necə tapım?!

Fikirləşirəm ki, camaat mənim haqqımda nə deyəcək? Görəsən, məni qınayacaqlarmı? Görəsən, ərimin ruhu bundan narahat olacaqmı?

Uşaqlarım və ərimin ata-anası bu işə görə məndən inciməzmi? Fikirləşirəm ki, ...Amma başqa bir tərəfdən də, vəfalı, səmimi və mehriban ömür-gün yoldaşa ehtiyacım var.

Bundan əlavə, fikirləşirəm ki, qızım və oğlanlarım böyüyəcək, ailə həyatı quracaq və hər biri öz işinin dalınca gedəcək. Bu vaxt mən qocalıb tənha qalacağam...

İndi bilmək istəyirəm ki, İslam dini qadına ikinci dəfə ərə getməyi qadağan edibmi? Görəsən, düz deyirlər ki, ərimin ruhu bərzəx aləmində narahat olacaqdır? Mənim ikinci dəfə ərə getməyim üçün qaynata-qaynanamın icazəsi lazımdırmı?..."