Günün qoroskopu: Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin


Digərləri 23 Sen 2022 00:01:00 81 0

Günün qoroskopu: Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısı narahatlıq və nigaranlıqla bol olacaq. Səbəblər ciddidir. İşlərin gözləntilərinizə zidd olaraq cərəyan etdiyini görürsünüz. Yaxın ətrafınızdakı insanların mövqelərini nəzərə almayaraq planlarınıza təcili dəyişikliklər edin.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Nəzərdə tutduğunuz işlər alınacaq. Gərəkli sonuclar əldə etmək üçün ifrat səylərə heç bir zərurət yoxdur. Axşam saatlarında şəxsi münasibətlərdə irəliləyişlər olacaq.

Sevdiyiniz insana hədiyyə verə bilərsiniz.

Buğa - planlarınızı müəyyənləşdiribsinizsə, yaxşı gündür. Nəzərdə tutduğunuz işləri tələsmədən, bütün nüansları nəzərə alaraq həyata keçirin. Yeni maraqlar və məqsədlər peyda olur. Bilik və bacarıqlarınızı artırın, dünyagörüşünüzü genişləndirin. Adi günlərlə müqayisədə işlər daha çox olsa belə, ruhdan düşməyin.

Günün ikinci yarısında qüvvənizi, pulunuzu, enerjinizi məntiqlə sərf edin.

Soyuqqanlı olun. Dostlarla görüş sevindirəcək. Saxtakarlıq etməyə dəyməz. Özünüz olun və hədəflərə çatmaq üçün ciddi şəkildə çalışın.  

Əkizlər - həftənin ən ağır və mürəkkəb günlərindən biridir. Həddən artıq ehtiyatlı olun. Hətta ən kiçik səhvlərə yol verməməyə çalışın. Detallara və təfərrüatlara diqqət tələb edən mühüm işləri yerinə yetirəndə sərvaxt davranın.

Günün ikinci yarısında əhəmiyyətli anlaşma və ya layihəni ertələyin. Sənədləşdirmə ilə məşğul olmaq, məmurlarla görüşmək məsləhət deyil.

Yaxınlarınızla münasibətlərin rəvan və harmonik olmasına çalışın. Bir qədər səy göstərsəniz, diskussiya və müzakirələr konstruktiv məcrada cərəyan edəcək. Sərt danışmayın. İncik düşmüşləri barışdırın, kəskin məsələlərlə hövsələli olun.

Mentorluq etməyin.

Xərçəng - günün ilk yarısında sizi maraqlı işlər gözləyir. Ən yaxşı məziyyətlərinizi, bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar peşəkarlıq səviyyənizə şübhə etməyəcəklər. Daha təcrübəli insanların məsləhətlərindən yararlanmağa çalışın.

Günün ikinci yarısı təşkilati məsələlərin həlli, inzibati fəaliyyət üçün sərfəlidir. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər olacaq. Hadisələrin inkişaf məcrası sizdən asılıdır. Taktika və strategiyanı yeniləyin. Gələcəklə bağlı planlar qurun.

Axşam saatlarında normal istirahət edin.

Şir - günün ilk yarısı uğurludur. Bu məhsuldar zamanı mühüm və məsuliyyətli işlərə sərf edin. Özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlarla bağlı qərarlar qəbul edə bilərsiniz. Köçə hazırlaşın potensial sifarişçi və ya yaşamınızda önəmli rol oynayacaq insanlarla müzakirələrə başlayın.

Günün ikinci yarısında diqqət mərkəzində olmayın, bir müddət kölgəyə çəkilin. Təmasları məhdudlaşdırın. Ən yaxın insanların yardımlarına bel bağlaya bilərsiniz. Yeni tanışlara isə inanmayın.

Qız - uğurlu gündür. Yaşanacaq hadisələrdə xeyir var. Ətrafınızdakı vurnuxma və qarışıqlığa rəğmən irəliləyişə nail ola bilərsiniz. Sakit olun, soyuqqanlı davranın. Təxribatlara uymayın.

Rəqiblərlə bədxahların məkrli tələsinə düşməyin, fitnəsinə aldanmayın. Yaşamınızda müsbət dəyişikliyə səbəb ola biləcək qərarı təxirə salmayın.

Günün ikinci yarısında ailə üzvləri ilə münasibətləri rəvan və harmonik edin. Dostlarla ünsiyyət sizi sevindirəcək. Yeni tanışlıqlar maraqlı, qeyri-adi olacaq.

Axşam saatlarında gəzintiyə çıxın.  

Tərəzi - məqsədə aparan yolda qarşınızı müəmmalı sədlər və maneələr kəsməyəcək. Bununla belə, müəyyən çətinliklər istisna deyil. Nə qədər aktiv və enerjili olsanız, bir o qədər yaxşıdır. Tələsik qəbul edilən qərarlar ilk baxışdan normal təsir bağışlaya bilər. Lakin az sonra önəmli nüansları diqqətdən qaçırdığınızı anlayacaqsınız.

Günün ikinci yarısında işgüzar danışıqlarda süst davranmayın. Ailə üzvləri ilə təmaslarda qayğıkeş və səmimi olmağa çalışın.

Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.

Əqrəb - kiçik anlaşılmazlıqlar, problemlər, ixtilaflar istisna deyil. Onların ciddi fəsadları olmasa da, əhvalınızı korlayacaq. Vaxtınızı yaxın ətrafınızdakı düşmən axtarışlarına sərf etməyin. Bir qədər əvvəl qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün var gücünüzlə çalışın.

Günün ikinci yarısı birgə layihələr və əməkdaşlıq üçün sərfəli deyil. Təkbaşına işləyin, müstəqil fəaliyyət göstərin.

Zamanın sınağından keçən əlaqələrə dəyər verin. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Romantik görüşlər pis keçməyəcək.  

Oxatan - yeni işlərə ehtiyatla başlayın. Nüfuzlu şəxsdən və ya sınanmış müttəfiqdən dəstək almadan yeni layihəyə başlamayın. İşdə həmkarlarla mübahisə etməyin. Rəhbərliklə münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanlar qərarlarınıza çox tənqidi yanaşırlar.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq.

Səhhətinizdə problemlər istisna deyil. Problemlər yorğunluq yarada bilər. Yorucu proseslərdən, ağır fiziki işdən imtina edin. Ailə üzvləri ilə təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Oğlaq - günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri bitirin. Amma bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan ola bilər. Yaşamınızdakı olaylara görə kimsəyə şikaytələnməyin.

Mühüm məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız rifahları ilə bağlı məsələlərin həllini sizə həvalə etmək istəyirlər.

Günün ikinci yarısında yorulacaqsınız. Özünüzü taqətdən salmayın. Müəyyən işləri ertəmələk olar.

Yolda çox vaxt keçirməyin.

Dolça - əvvəllər planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər.

Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin.

Günün ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya mübadiləsi üçün əlverişlidir. Aldığınız məlumatları təhlil edin.

Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Balıqlar - diqqətli olun. Bu gün yol verəcəyiniz səhvlər və yanlışlıqlar sonradan ciddi fəsadlar yarada bilər. İşgüzar münasibətlər korlanacaq. İşdə rəhbərliyin tələbləri ziddiyyətli, qarışıqdır. Həmkarlarınız ümidlərinizi doğrultmayacaq.

Günün ikinci yarısında alış-veriş uğursuz olacaq.

Yaxınlarınızın dəstəyi çox mühümdür. Məhz onların sayəsində ruh düşkünlüyünə qapılmayacaq, yaxşı əhval-ruhiyyədə olacaqsınız. Ev işləri sizi pessimizmdən qurtara bilər.

Mənasız və əsassız əndişələrə qapılmayın.

Son.az

İslamda ananın yüksək məqamı like
  • 22 Sen 23:55  
Digərləri İslamda ananın yüksək məqamı

Allah-taala valideynə və xüsusilə də analara hörmət edilməsini zəruri

arrow Ətraflı
Peyğəmbərin “izdivac” sünnəsini tərk etməyin like
  • 22 Sen 23:50  
Digərləri Peyğəmbərin “izdivac” sünnəsini tərk etməyin

İzdivacı tərk etmək Peyğəmbərin (s) sünnəsindən kənara çıxmaqdır.

arrow Ətraflı
Kimlərdə mədə xorası əmələ gəlir like
  • 22 Sen 23:45  
Digərləri Kimlərdə mədə xorası əmələ gəlir

Stress, qorxu, helikobakteri bakteriyası, qeyri-düzgün qidalanma və çox miq

arrow Ətraflı
32 mindən çox ukraynalı like
  • 22 Sen 23:42  
Siyasət 32 mindən çox ukraynalı

Ukraynada müharibə başladıqdan sonra 32 mindən çox ukraynalı Gürcüstana

arrow Ətraflı
Peyğəmbərimizin qardaşları kimlərdir? like
  • 22 Sen 23:40  
Digərləri Peyğəmbərimizin qardaşları kimlərdir?

Səhabələr Peyğəmbərin (s) xidmətində olanda, o Həzrətdən (s) soruşur

arrow Ətraflı
Kəklikotunu narkotik zənn edən rus polisi like
  • 22 Sen 23:31  
Digərləri Kəklikotunu narkotik zənn edən rus polisi

Surqut hava limanında gömrükçülər 50 kq kəklikotu müsadirə ediblər.

arrow Ətraflı
Varikozu olanlar nə yeməlidir like
  • 22 Sen 23:30  
Digərləri Varikozu olanlar nə yeməlidir

Dietoloq Marqarita Koroleva varikoz xəstəliyində pəhrizin vacib olduğunu bi

arrow Ətraflı
Namaz qılmaq hamının vəzifəsidir like
  • 22 Sen 23:20  
Digərləri Namaz qılmaq hamının vəzifəsidir

Bəzi namaz qılmayan, Allahın əmrlərinə tabe olmayan şəxslər belə düş

arrow Ətraflı
Soyuqdəymədə südə bunu like
  • 22 Sen 23:15  
Digərləri Soyuqdəymədə südə bunu

Soyuqdəymə, öskürək, boğaz ağrısı zamanı mineral suyun qazını çıxa

arrow Ətraflı
Bu 2 sifət keçmiş ümmətləri məhv edib like
  • 22 Sen 23:10  
Digərləri Bu 2 sifət keçmiş ümmətləri məhv edib

Bütün Məsum İmamlar (ə) ömürləri boyu шnsanları məkarim əxlaqa dəv

arrow Ətraflı
Demensiya ilə səhv salınan vitamin defisiti like
  • 22 Sen 23:01  
Digərləri Demensiya ilə səhv salınan vitamin defisiti

B12 vitamininin kəskin defisiti demensiya xəstəliyində olan simptomlar verir

arrow Ətraflı
"WhatsApp"dan TƏCİLİ ÇAĞIRIŞ: Bu iki parametri like
  • 22 Sen 23:00  
Digərləri "WhatsApp"dan TƏCİLİ ÇAĞIRIŞ: Bu iki parametri

Yad adamların yazışmalarını oxuya biləcəyindən narahat olan "WhatsA

arrow Ətraflı
Diqqət! Bakı metrosuna sərnişinlərin bəziləri buraxılmayacaq like
  • 22 Sen 22:59  
Digərləri Diqqət! Bakı metrosuna sərnişinlərin bəziləri buraxılmayacaq

Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığ

arrow Ətraflı
Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına like
  • 22 Sen 22:56  
Siyasət Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına

Avropa İttifaqı (Aİ) liderlər zirvəsi öncəsi keçiriləcək Avropa Siyasi

arrow Ətraflı
İbadətin qəbul olmasının əsas şərti like
  • 22 Sen 22:55  
Digərləri İbadətin qəbul olmasının əsas şərti

İmam Baqir (ə) buyurur: "O kəsin ki, Allaha imanı vardır və dözülm

arrow Ətraflı