İlk dəfə qayınanası ilə aralarındakı problemdən danışdı


Şou-biznes 23 Sen 2022 00:27:00 142 0

İlk dəfə qayınanası ilə aralarındakı problemdən danışdı

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin həyat yoldaşı Nikola Peltz "Grazia" jurnalının kamerası qarşına keçib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, o, ilk dəfə qayınanası ilə aralarında münaqişənin olmasına dair şayiələrə münasibət bildirib. Nikola gəlinlik səbəbindən aralarının pis olması ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirib. O, Viktoriyanın hazırladığı paltarı geyinmək istəsə də, prosesin plana uyğun getmədiyini deyib:

"Viktoriyanın gəlinliyini geyinməyi planlaşdırırdım və bunun üçün çox həyəcanlı idim".

Paltarın dizaynında Nikolanın yaxın dostu, stilist Lesli Fremar və anası Klaudiya da iştirak edib. Lakin Nikol gəlinlik üzərində işləyərkən günlərlə Viktoriyadan xəbər ala bilmədiyi üçün nəyinsə səhv getdiyini görüb:

"Paltar üzərində işə başlamaq üçün əlaqə saxladıq, sonra bir neçə gün keçdi, lakin ondan xəbər tutmadım. Sonra Viktoriya anama zəng edib dedi ki, onun atelyesi bu sifarişi təhvil verə bilməyəcək".

Nikola qayınanasının brendini geyinmək istəməməsi ilə bağlı xəbərləri görməkdən əziyyət çəkdiyini etiraf edi: