Prinsiplərinə görə yaşayan BÜRCLƏR


Digərləri 23 Sen 2022 01:24:00 167 0

Prinsiplərinə görə yaşayan BÜRCLƏR

Bəziləri qürurlu təbiəti ilə digərlərindən seçilir. Onlar öz prinsiplərindən heç vaxt güzəştə getmirlər. Bu xüsusiyyət mənəvi cəhətdən təqdir olunsa da, maddi baxımdan faydadan çox zərər yaradır. Ancaq bu bürclər yaşayacaqları maliyyə itkiləri ilə maraqlanmır. Onlar üçün öz idealları və prinsipləri önəmlidir. 

Son.az bizim.media-ya istinadən ən prinsipial bürcləri təqdim edir: Qoç Qoç bürcləri zaman-zaman özlərini cilovlamaq istəsələr də bu mümkün deyil. Onun səbirsiz və iddialı xarakteri onlara tez-tez problem yaradır. Ona görə də bu impulsiv və birdən-birə alovlanan cəhətinə görə müxtəlif mübahisələrə girirlər. Bu müzakirələr incikliklə bitdiyindən əsas hadisə bundan sonra başlayır.  Belə ki, qoçlar heç vaxt qürurlarını kənara qoyub, səhvlərini başa düşsələr də bunu etiraf etmirlər. Mübahisə etdikləri insanla münasibətləri bir daha düzəlməsə belə, onlar üçün prinsipləri daha önəmlidir. Qoçlar prinsipi qısaca bu cürdür: "hər zaman ilk addımı qarşı tərəf atmalıdır". Şir Əyləncəli və dostyana şirlərin bir qədər təkəbbürlü olmaq kimi mənfi tərəfləri var. Şirlər öz qürurlarından güzəştə getmək istəmirlər. Onlar üçün şərəf məsələsinə çevrilmiş bir işdən geriyə dönüş yoxdur. Onların qeyri-tənqidi aspektlərinin əsasında prinsiplərini yaşatmaq motivasiyası dayanır. Davranışlarını iş və ya şəxsi həyat mühitinə görə dəyişənlər deyil. Eşq həyatlarında inadkar rəftarlarını davam etdirən Şirlər, aşiq olsalar belə, ilk addımı qarşı tərəfdən gözləyirlər. Münasibətlərdə bunu ifadə etməsələr də, onlara görə üzr istəməli olan qarşı tərəfdir, çünki özlərini üstün tərəf hesab edirlər. Buna görə də, onların özləri kimi prinsiplərilə yaşayan bir bürclə uzunmüddətli münasibət qurmaları mümkün deyil.  Onların əsas prinsipi isə belədir: "Hər kəs mənə görə yaşamalıdır". Dolça Müxalifətçi kimliyi ilə tanıdığımız dolça bürclərinin narazı olduqları zaman susmaq, problemlərə məhəl qoymamaq kimi xarakterləri yoxdur. Səhv gördükləri rəftarlara öz reaksiyalarını səmimiyyətləri ilə bildirirlər. Onları xoşbəxt və dinc olmayan vəziyyətlərdə saxlaya bilməzsiniz. Sözlərini əsirgəməyən səmimi duruşları xüsusilə iş həyatında özünü göstərir. Dominatlığı rədd etdikləri üçün "hökmdar"larla yaşadıqları gərginlikdə zəif qəbul edilmək istəmirlər və bunu alçaldıcı hesab edirlər. İş yerlərini itirmək bahasına geri çəkilmirlər. İnadkar rəftarları ilə illərlə maddi sıxıntı yaşayacaqlarını bilsələr də, yenə də qürurlarını tapdalamırlar. Yaxın ətrafı onların bu xüsusiyyətlərini bildiyi üçün onlarla ləyaqətinə toxunulmayacaq şəkildə ünsiyyət qururlar. Dolçalar "Heç kim azadlığımı əlimdən ala bilməz" prinsipi ilə yaşayırlar.