Nəyə görə hər səhər 7də oyanmaq lazımdır?


Digərləri 22 Sen 2022 22:15:00 89 0

Nəyə görə hər səhər 7də oyanmaq lazımdır?

Səhər məhz 7-də oyanmaq psixi sağlamlığı möhkəmlədir, iş qabiliyyətini artırır, insanı enerjili edir.

Son.az medicina.az-a istinadən bildirir ki, Pitsburq universitetinin alimləri bu saatı ən produktiv saat adlandırıb.

Elmi araşdırmalar sübut edib ki, günün müəyyən saatında oyanmaq intelekt, sağlamlıq və psixikaya təsir edir.

Xüsusən yaşlı insanlar üçün erkən oyanma sağlamlığın müdafiə gücünü artırır.

İnsan hər səhər 7-də oyanmaq rejiminə düşsə, ümumi əhvalları yaxşı olur.