Bərəkət qapısını açan 10 açar


Digərləri 22 Sen 2022 22:20:00 109 0

Bərəkət qapısını açan 10 açar

Allahın bəndələrinə nemət və bərəkəti sonsuzdur. Ancaq bəzi amillər vardır ki, insan həyatındakı bərəkəti daha da çoxaldar. Bu amillər ilə tanış olaq:

1. Birlikdə olmaq. İnsan ictimai varlıq olduğu üçün, tək yaşamamalıdır. Ailə həyatı insana əminlik hissi verər və bu böyük varlıq aləmində tək olmadığını və onun qayğısını çəkən insanların olduğunu dərk etdirər.

2. Böyüklərə hörmət etmək. Böyüklərə ehtiram göstərməyin sirri, onların təcrübələrinə söykənir. Onlar uzun illər boyu çoxlu təcrübə əldə etmiş və onları qısa zamanda gənc nəslə ötürmək qabiliyyətinə malikdirlər. Onların bu təcrübəsindən bəhrələnmək o zaman mümkündür ki, onlarla rabitə qurasan.

3. Asan evlilik. Mehriyyənin az olması da başqa bir bərəkətdir. Bu, ailə həyatına bərəkət gətirər.

4. Sileyi-rəhm. Sileyi-rəhm etmək - dinimizin tövsiyələrdəndir. Hər kim qohumları ilə rabitə qurar və onların evinə get-gəl edər - tək olmaqdan xaric olar. Özünü cəm içində görər. Qohumlar insanların qolları və qanadlarıdır. İnsanın qəmində və şadlığında onunla şərik olarlar. Ona görə də sileyi-rəhm - insan həyatının bərəkətini artıran amillərdəndir.

5. Səfərə çıxmaq. İnsanın başqa diyarlara səfər etməsi - dünyagörüşünün genişlənməsinə və təcrübələrinin artmasına səbəb olar ki, bu da öz növbəsində insan həyatına bərəkət gətirər.

6. Səhər tez durmaq. Hər kim səhər tezdən durar - onun ömür sərmayəsi bərəkətli olar. Çünki səy və çalışması üçün vaxtı çox olar. Səhər tez duranların duaları da qəbul olar. Bu dualar onun ruzisini bərəkətli edər.