Sürücülük vəsiqəsi almaq istəyənlərə XOŞ XƏBƏR


Digərləri 22 Sen 2022 22:29:00 111 0

Sürücülük vəsiqəsi almaq istəyənlərə XOŞ XƏBƏR

Azərbaycanda sürücülük vəsiqələrinin doldurulması və verilməsi zamanı yeniliklər tətbiq ediləcək.

Bu yeniliyin tətbiqi sürücülük vəsiqəsi almaq istəyənlərin işini asanlaşdıracaq. Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əsasnaməyə edilən dəyişikliklərə görə, sürücülük vəsiqəsinin verilməsi üçün vətəndaşlar mərkəzi bazada özləri haqqında məlumat verəcəklər.

"İmtahanda iştirak etmək haqqında istəklərini bildirəcəklər. Hansı kateqoriya üzrə seçim edirlərsə, qeyd edəcəklər.

Sistemi daha yaxşı qura bilsələr, sağlamlıq haqqında arayış və digər lazım olan sənədləri elektron şəkildə təqdim edəcəklər. Yəqin ki, belə bir pəncərə açılacaq.

Məlumatları da, yol polisi doldurur. Sürücü olmaq istəyən şəxs imtahandan müvəffəqiyyətlə keçəndən sonra məlumatlar sistemdə qeyd ediləcək. Bu yeniliklər təbii ki, sürücü üçün çox faydalı olacaq. İnformasiya texnologiyalarının bizə verdiyi imkanlardan daha səmərəli istifadə edə biləcəyik", - deyə Elməddin Muradlı bildirib.

Ekspert deyir ki, bütün hallarda vətəndaşlar sürücülük vəsiqəsi almağa hazırlaşarkən yaxşı hazırlaşmalıdırlar. Bu yeniliklərdən istifadə eetməklə isə əlavə vaxt itkisinin qarşısı alınacaq.