Şabranda baş verən ağır yol qəzasının təfərrüatı


Digərləri 22 Sen 2022 22:53:00 156 0

Şabranda baş verən ağır yol qəzasının təfərrüatı

Şabranda baş verən yol qəzasının təfərrüatı məlum olub.

Son.az "Report"a istinadən bildirir ki, işçiləri daşıyan 10-OF-572 dövlər qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən (şəxsiyyəti dəqiqləşdirilir-red) sürücunün idarə etdiyi "Chevrolet" markalı minik avtomobilini ötmə əməliyatı edərkən idarəetmədən çıxaraq qəzaya uğrayıb.

Qəza nəticəsində 1 nəfər ölüb, daha 16 nəfər xəsarət alıb. Yaralılardan ikisi Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Digər yaralıların müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.