İbadətin qəbul olmasının əsas şərti


Digərləri 22 Sen 2022 22:55:00 112 0

İbadətin qəbul olmasının əsas şərti

İmam Baqir (ə) buyurur: "O kəsin ki, Allaha imanı vardır və dözülməz ibadətləri yerinə yetirir, ancaq Allah tərəfindən layiqli İmamı yoxdursa - onun səyi faydasızdır".

Əgər insanın rəhbəri İlahi rəhbər olarsa, o, şeutana (lən) və nökərlərinə boyun əyməz və səma qanunları onun üçün xurafata çevrilməz. Möhtəşəm cümə namazları nəfsinin xeyirinə yerinə yetməz. İslamın izzət və qüdrət nişanəsi olan həcc əməli İslamdan uzaq olanlar üçün faydasız qalmaz.

Hədislərin birində oxuyuruq: "Hər kim bizim rəhbər və vilayətimizi qəbul etməzsə, Allah da onun əməlini qəbul etməz".

İmam Əli (ə) buyurur: "Biz - "Babullahıq" ("Allahın qapıları") və Allahın yolu bizim tərəfimizdən tanıdılar".