Demensiya ilə səhv salınan vitamin defisiti


Digərləri 22 Sen 2022 23:01:00 121 0

Demensiya ilə səhv salınan vitamin defisiti

B12 vitamininin kəskin defisiti demensiya xəstəliyində olan simptomlar verir.

Son.az medicina.az-a istinadən bildirir ki, hətta həkimlər də bunu səhv sala bilər. B12 orqanizmdə eritrositlərin istehsalına cavabdehdir.

O çatışmayanda anemiya baş verir.

B12 çatışmazlığı beyinin, sinir sisteminin işinə mənfi təsir edir.

Qavrama, yaddaşda pozuntular yaradır.

Bir sıra nevroloji problemlər qabarır.

B12 defistinin əsas simptomları:

- Dərinin rənginin avazıması - Qırmızı ağrılı dil

- Bədəndə iynə sancma hissi - Görmənin dumanlanması

- Depressiya

- Əsəbilik, qıcıqlanma

- Özünü davranışın dəyişməsi

- Əqli qabiliyyətin zəifləməsi - Yorğunluq

Bu cidid xəstəlikdir və müalicə olunmalıdır.