Erməni eksprezidentlər görüşür:


Siyasət 22 Sen 2022 20:57:00 117 0

Erməni eksprezidentlər görüşür:

Yaxın günlərdə, bəlkə də bu gün Ermənistanın üç eks-prezidenti Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və bütün ermənilərin katolikosu II Qareginin birgə görüşü baş tutacaq.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Ermənistan ictimaiyyəti bu qrupun hakimiyyət dəyişikliyinə və ölkəni ələ keçirəcəyinə böyük ümid bəsləyir. Amma məsələ heç də belə deyil. Eçmiədzində baş tutacağı ehtimal olunan görüşdə mövzu Ermənistanın acınacaqlı vəziyyəti və mövcud vəziyyətdən çıxış yollarının axtarışı olacaq. Burada ən fəal rolu Levon Ter-Petrosyan oynayacaq. O, qarşıdurmaya getsək və Azərbaycana təslim olmasaq, ölkəmizi hansı təhlükələrin gözlədiyini bizə izah edəcək. Və bizi inandırmağa çalışacaq ki, hazırkı iqtidara dəstək olmaq üçün bir yerdə olmalıyıq", - məlumatda bildirilib.