İsmayıllıda şəhərdaxili işləyən avtobuslar yoxa çıxıb


Digərləri 18 Avq 2022 16:30:00 126 0

İsmayıllıda şəhərdaxili işləyən avtobuslar yoxa çıxıb

Bir müddətdir ki, İsmayıllı rayonunda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problem yaranıb. Əksər avtobuslar yoxa çıxıb.

Nəticədə piyadalar istədikləri ünvanlara ya piyada gedir, ya da taksidən istifadə edirlər.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, avtobusların işləməməsi sakinlərin narazılığına səbəb olub.

İsti havalarda ictimai nəqliyyatın yoxluğundan hər kəs əziyyət çəkir. Hər dəfə taksidən istifadə etmək isə sərfəli deyil.

Məsələ ilə bağlı avtobusların aid olduğu "As Finance" MMC-dən bildirilib ki, nəqliyyat vasitələri köhnə və istismara yararsız olduğundan xəttdən çıxarılaraq təmirə göndərilib.

''Hazırda şirkətin yalnız 1 avtobusu sərnişinlərə xidmət göstərir. Təmir bitdikdən sonra avtobuslar yenidən xəttə buraxılacaq və əvvəlki qrafiklə fəaliyyət göstərəcəklər'',- deyə məlumatda bildirilib.