Rihannanın nişanlısı həbs oluna bilər


Şou-biznes 18 Avq 2022 17:07:00 155 0

Rihannanın nişanlısı həbs oluna bilər

Barbadoslu müğənni Rihannanın repçi nişanlısı Eysap Roki həbs oluna bilər.

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun "Relli" ləqəbli keçmiş repçi dostu Terell Efrona 2021-ci il noyabrın silahla hücum etməsidir. 

Üç dəfə Efrona atəş açan repçi onu sol əlindən yaralayıb.

Los-Anceles prokurorluğundan verilən məlumata görə, Rihannanın sevgilisi 9 il müddətinə həbs oluna bilər. 

Qeyd edək ki, musiqiçi aprelin 20-də Rihanna ilə Barbadosdan istirahətdən qayıtdıqdan dərhal sonra Los-Anceles hava limanında nəzarətə götürülmüşdü. Bir neçə saat sonra o, 550 min dollar girov ödədikdən sonra sərbəst buraxılmışdı.