Ayda məskunlaşma:


Dünya 18 Avq 2022 16:22:00 207 0

Ayda məskunlaşma:

Alimlər Ayın məskunlaşdırılması imkanlarının öyrənilməsi prosesini daha da sürətləndirirlər. Artıq 2023-cü ildə kosmosda ilk istixana peyda olacaq ki, bu da astronavtlara Yerdən kənarda məhsul istehsalı prosesini tədqiq etməyə kömək edəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hazırda "Redwire Corporation" (RDW.N) ilk kosmik istixananı qurur. Şirkət nümayəndələri belə bir istixananın Yerdən kənarda əkinçilik sahəsində tədqiqatları gücləndirəcəyini və tədqiqat missiyalarını dəstəkləyəcəyini bildiriblər.

Şirkətin layihəsi NASA-nın "Artemida" missiyası və digər layihələr üçün vacib məlumatlar verəcək.

Qeyd edək ki, "Artemis" proqramı Aya astronavt göndərmək və Marsa insanın enişini təşkli etmək üçün uzunmüddətli Ay koloniyası yaratmaq məqsədi daşıyır.