Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı


Digərləri 18 Avq 2022 15:00:00 148 0

Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı

Baş Prokurorluq bu gün Samuxda intihara cəhd edən qazi ilə bağlı məlumat yayıb.

Son.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya-Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.

Son.az