“AutoCAD” və “3D Max”ın yaradıcısı Rusiya bazarından gedir


Digərləri 18 Avq 2022 15:37:00 155 0

“AutoCAD” və “3D Max”ın yaradıcısı Rusiya bazarından gedir

Layihələndirlmə və üçölçülü dizayn proqramının tərtibatçısı olan ABŞ-ın "Autodesk" şirkəti Rusiyadakı təmsilçiliyini ləğv etməyi və ofisinin əmədakşlarını işdən azad etməyi planlaşdırır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Rusiyadakı fəaliyyətini dayandırmaq qərarından sonra şirkət ölkədə biznesin inkişaf perspektivlərini qiymətləndirməyə davam edir.

Qeyd edək ki, "Autodesk" hələ mart ayında Rusiyadakı fəaliyyətini dayandırıb. Şirkətin ofisi əsasən proqramın satış menecerlərindən ibarətdir.