Yoluxanların sayı 1000i də keçə bilər


Digərləri 18 Avq 2022 15:15:00 171 0

Yoluxanların sayı 1000i də keçə bilər

"Rəqəmlərin kritik həddə çatmasını ehtimal etmirəm. Səbəb isə odur ki, ümumiyyətlə pandemiyanın birdən-birə aradan qalxması gözlənilən deyil".

Bunu Son.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

Həkim-mütəxəssis bildirib ki, koronavirusa yoluxanların sayı 1000-i keçsə belə, vəziyyətin kritik həddə çatacağı gözlənilmir:

"Pandemiya müxtəlif mutant variantlar ortaya çıxaracaq və bu mutant variantlarla yoluxan insanlarda immunitet yaranaraq tədricən aradan qalxacaq. Yəni rəqəmlərin müəyyən qədər yüksəlməsi müşahidə oluna bilər, amma əvvəlki pik həddləri, ölüm səviyyəsindəki artımı gözləmirik. 

İstər-istəməz insanların əksəriyyəti bu xəstəliyi keçirib və vaksin olunub. Həm də hər növbəti mutant variantlar məntiqi olaraq xəstəliyi zəifləməyə doğru aparmalıdır. Amma ümumuilikdə götürsək, payız-qış aylarında onsuz da koronavirus xəstəliyi hər zaman olur, görülür. 

Yəni bu il də payız-qış aylarında koronavirusların artması, görünməsi, istər mutasiya variantlarının, istərsə də öncədən gördüyümüz variantların müşahidə edilməsi qaçılmazdır. Yalnız payız-qış aylarında yoluxma sayında müəyyən qədər yenidən artım görə bilərik. Ancaq hələ ki epidemioloji vəziyyət nəzarət altındadır.