Ərdoğan Ukraynada səfərdədir


Dünya 18 Avq 2022 14:56:00 157 0

Ərdoğan Ukraynada səfərdədir

14:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

Son.az "Habertürk"ə istinadən xəbər verir ki, o, Lvov şəhərinə çatıb. 

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir. 

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən verilən məlumata görə, Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan və digər rəsmi şəxslər müşayiət edirlər.

---------